Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla “Dəli kimi” duetini təqdim edib.
Teleqraf.com xəbər verir ki, günlər əvvəl tizeri yayımlanan ekran işi bu gün musiqi platformalarında, eyni zamanda Röya Ayxanın rəsmi yutub kanalında dinləyicilərin ixtiyarına verilib.
Bakıda ərsəyə gətirilən klipin çəkilişi “Beat Group”a həvalə olunub, rejissorluğunu isə Leyla Bağırlı edib. Əyləncəli layihəyə rəhbərliyi “KEvents Group” öz üzərinə götürüb.
Qeyd edək ki, mahnının müəllifi Ceyhun Bayramlıdır (Jay Hun), fotolar Elbəy Sadıxlıya məxsusdur.