20 Sentyabr 2022 22:20
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Hadisəylə bağlı yeni iddia ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, iş adamı Mehmet Dinçerlerdən boşanma ərəfəsində olan Hadisənin həmkarı Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla təkrar bir araya gəldiyi iddia edilib.

Müğənni İbrahim Tatlıses sözügedən məsələyə münasibət bildirib. O, Rza Zərrabın Türkiyədə heç kimlə görüşmədiyini bildirib.

Qeyd edək ki, Hadisə ilə Mehmet Dinçerler dörd ay evli olub.


Müəllif: Rəqsanə Həsənova