8 Dekabr 2014 17:22
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ər həyat yoldaşının məşuqunu bıçaqlayaraq öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün saat 21.00 radələrində baş verib. Belə ki, 25 yaşlı Əli Bulud ayrı yaşadığı xanımı 25 yaşlı A.B-nin qaldığı 2-ci mərtəbədəki evə nərdivanla qalxmaq istəyən 35 yaşlı Mətn Qayanı bıçaqlayaraq öldürüb.

Polisin verdiyi məlumata görə, 6 ay əvvəl A.B həyat yoldaşından ayrılaraq Kayseridən Kütahyaya gəlib. O, burada 2 uşaq atası olan Mətn Kaya ilə tanış olaraq onunla birlikdə yaşamağa başlayıb.

Bir müddət sonra A.B həyat yoldaşı Əli Buludla barışmağa qərar verib. O, sevgilisi Mətn Qayadan ayrılmaq istəyib. Qaya isə bu istəyi qəbul etməyib.

A.B-nin istəyi ilə həyat yoldaşı Əli Bulud Kayseridən Kütahyaya gəlib. Onlar evdə olan zaman Mətn Qaya gəlib. Qayanı evə buraxmayan qadın polisə zəng edib. Çağırış üzrə gələn polis Mətn Qayanı evin yaxınlığından uzaqlaşdırıb.

Polislərin getməsindən sonra Mətn Qaya gətirdiyi taxta nərdivanla evə balkondan girib. Əli Bulud evə girən Mətn Qayanı bıçaqlayaraq yaralayıb. O, Mətn Qayanın evə girərkən istifadə etdiyi nərdivanla evdən qaçıb. Hadisə yerinə gələn təcili yardım çox çalışsa da, Mətn Qayanın həyatını xilas edə bilməyib.

Qadın polislərə Mətn Qayanı əvvəlcə özünün bıçaqladığını söyləsə də, daha sonra hadisəni həyat yoldaşı Əli Buludun etdiyini bildirib.

Əməliyyat keçirən polis Əli Buludu həbs edib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər