30 Sentyabr 2022 12:34
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə dünyasını dəyişmiş müğənni Rəhim Rəhimli ilə vida mərasimində həmkarları və sənət adamları iştirak ediblər.

Onlar Teleqraf.com-a mərhum barədə fikirlərini deyib, xatirələrini bölüşüblər.

Aparıcı Turan İbrahimov uşaqlıqdan Rəhimlə yaxın olduğunu vurğulayılb: "Onların evi və anası ilə bağlı çoxlu xatirələrim var. Rəhim çox isdedadlı insan idi. Şanssızlığı da çox idi. Həyatda bəxti gətirmirdi, fiziki cəhətdən zəif idi. Uşaqlıqdan ürəyində problem vardı.

Sonra bir ara səhhəti düzəldi. Həyatında müxtəlif hadisələrlə üzləşdi. Bir müddət ölkədən kənarda yaşadı. Çox şeylər onun sağlamlığına və yaradıcılığına diqqət ayırmağa imkan vermirdi. Amma yenə də Rəhim özünü ifadə edə bilirdi. Anasının səhhətində problemlər olanda isə başı ona qarışdı.

Rəhimin sıx kontakta çıxan adam deyildi. Özünə qapanmışdı. Axırıncı görüşümüzdən bir az soyuq ayrıldıq. Bu, məni indi də narahat edir..."

Müğənni Zamiq Hüseynov həmkarının ölüm xəbərini gözlənilməz adlandırıb: "Çox yaxın dostum idi, yaxşı insan idi. Dəfələrlə bu evdə olmuşam. Sonuncu dəfə evinin qarşısında bir həftə əvvəl qarşılaşdıq. Səhhətində problem olduğunu hiss edirdim. Məni çağıranda onu tanımadım. Şok içində ona baxdım. Dedim, Rəhim, hər şey yaxşıdır? Dedi, xəstəyəm. Bədənində şişkinlik vardı. İçi məhv olmuşdu.

Gərək onun ətrafında olan insanlar üstünə düşəydilər və müalicə elətdirərdilər. Allah rəhmət eləsin".

***

10:35

"Qurd" ləqəbli reper Fərid Eminov müğənni Rəhim Rəhimlinin evində vida mərasimində iştirak edir.

Reper Teleqraf.com-a açıqlamasında Rəhim Rəhimlinin ölümünə kədərini ifadə edib:

"İstedadlı bəstəkar-ifaçı idi. Çox heyif... Mənim fəaliyyətimdə böyük rolu olub. Mənə çox kömək edib. Allah rəhmət eləsin. İki ay əvvəl onun studiyasında görüşmüşdük. Səhhətində problem olduğu hiss edilmirdi. Heç nə bilmirdim".

Qeyd edək ki, Rəhim Rəhimli 43 yaşında ürək tutmadan vəfat edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər