1 Oktyabr 2022 23:52
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəhim Rəhimli 3-4 il öncə pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığından gəlmişdi. Bir az düzələn kimi qaçdı, yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib, xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də mənim palatamı dəyişdirin demədi".

Teleqraf.com xəbər verir ki, bu sözləri kardioloq Üzeyir Rəhimov ötən gün ürək çatışmazlığından dünyasını dəyişən bəstəkar- müğənni Rəhim Rəhimli etdiyi paylaşımda yazıb.

O bildirib ki, Rəhim səhnədə şən görünməsinə baxmayaraq, həyatda çox danışmazdı.

"Pasiyentlərimdən heç evdə də bəhs etmərəm. Amma indi Rəhimdən bəhsetməm üçün heç bir əngəl yoxdur, əfsuslar…

Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa...Özünün maddi vəziyyəti yəqin ki, bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.

Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını...
Və yəqin ki, bu müddət zərfində bir neçə sənət əsəri daha yaratmışdır.
Kaş ki, hər bir insanın həyatının sonunda sonrakı nəsilə buraxacağı bir şeylər olsa.."- kardioloq qeyd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər