15 Oktyabr 2022 20:29
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur model Emili Ratajkovski aktyor Bred Pitt ilə sevgili olması haqda yayılan iddialara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, həyat yoldaşı, amerikalı aktyor Sebastian Bear MakKlarddan rəsmən boşanan model bu sözləri deyib: "Həyatımda ilk dəfə subayam və azadlığımın kefini çəkirəm".

Model Bred Pittlə sevgili olmadığına da eyham vurub: "Heç nəyə fikir verməmək" həqiqətən xoşbəxtliyin və həyatında nəzarətə sahib olmağın ən gözəl yoludur".

Qeyd edək ki, dünya mətbuatında Emili Ratajkovskinin həyat yoldaşından boşanma ərəfəsində Bred Pitt ilə sevgili olduğu haqda xəbərlər yayılmışdı.


Müəllif: Rəqsanə Həsənova