23 Oktyabr 2022 11:26
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəfat edib.

Bu barədə Teleqraf.com-a əməkdar artistin qızı Aygün Abdullayeva bildirilib.

O deyib ki, atası bu gün vəfat edib: "Atam yarım saat əvvəl dünasını dəyişdi. Hazırda nəşi evdədir. Ötən gün Bakı Sağlamlıq Mərkəzindən evə gətirdik. Özü mənə demişdi ki, onu evə aparaq. Dünən axşam saatlarında atamı evə gətirdik. Son sözü o oldu ki, məni xəstəxanada qoyma".

Qeyd edək ki, əməkdar artistin 83 yaşı var. O şəkər xəstəliyindən əziyyət çəkirdi.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Allah rəhmət eləsin!


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər