24 Oktyabr 2022 23:43
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk müğənni Özcan Deniz Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, sənətçi İnstaqramda hekayə bölümündə ölkəmizdən foto paylaşaraq "İkinci evimizə ayaq basdıq. Hər gəlişimdə Azərbaycanın daha da böyüdüyünü və gücləndiyini görmək möhtəşəm...Sizi sevirik",-deyə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, Özcan Deniz
oktyabrın 25-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Konsert "Anadolu Events"in təşkilatçılığı ilə baş tutacaq.


Müəllif: Rəqsanə Həsənova