"Üzümə gülüb, söz deməyə cəsarəti çatmayan, önünə gələn hər kəsə haqqımda yalan, yanlış danışıb, öz şizofreniya xəstəliyini üzərimə atanın kənardan danışdıqlarını eşidəndə gülürəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli İnstaqramda hekayə bölümündə yazıb:
"İki kitab oxumaqla insan olmur, savadlı olmur. Əgər qabın boşdusa. Yəni quyuya su tökməklə quyu sulu olmaz. Xüsusilə insan yemək yediyi qaba tüpürdüsə, ondan hər cür şərəfsizlik gözləmək olar. Yaxşı ki, gec də olsa ayıldım. Həyat dərsim oldu".
Qeyd edək ki, Ülviyyə Xəlilbəyli həyat yoldaşı, aktyor Murad İsmayılovdan ayırılıq xəbərləri ilə gündəmdədir.