Müğənni Sevda Yahyayeva və həyat yoldaşı, genetik-laborant Zakir Bayramov “Zaurla Günaydın” verilişində qonaq olublar.
Teleqraf.com xəbər verir ki, Zakir Bayramov nikah mərasimlərindən danışıb:
“Pandemiya səbəbindən hər yer bağlı idi. Heç yerə getmək mümkün deyildi. Nikah mərasimləri balaca, idarə kimi yerdə olmalı idi. Sevda da ağlayırdı. Təklif etdim ki, klinikamızda akt zalı var, oranı dekorlarla bəzəyək, nikahımız orada olsun. Sevda çox pis oldu. Sonda bizə həmin otağı açdılar. Heç soruşan olmadı ki, razısız, ya yox? Biz ikimiz idik, bir də fotoqraf. Sənədə qol çəkdik, vəssalam".
Sevda Yahyayeva isə ana olacağı tarixi açıqlayıb: "İkimiz də qız istəyirdik. Qızımız da bizim kimi oğlaq bürcü olacaq. Yanvarın əvvəli dünyaya gələcək".