Aparıcı Mətanət Əliverdiyeva müğənni Damlanın imicini tənqid edib.
Teleqraf.com xəbər verir ki, Mətanət Əliverdiyeva aparıcılıq etdiyi "Xəzər axşamı" verilişində bu sözləri deyib:
"Damla çox sevdiyim qızdır, amma onu oxu tərzinə uyğun düzgün geyindirmirlər, səhv istiqamətləndirirlər. Bu da çox gülünc görünür. Bir dəfə qısa şortik geyinmişdi, mahnı tərzinə uyğun deyildi. Bədən quruluşu deyilən bir hal var. İnsan hər şeyi yaraşdırmalıdır. Damla yaxşı qızdır. Haqqında sosial şəbəkədə tənqid yox, təhqir yazırlar".