Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) müalicəsi üçün “Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyevin ona 10 min dollar göndərməsi haqda yayılan xəbərə münasibət bildirib.
Tünzalə Əliyeva Teleqraf.com-a açıqlamasında onunla birbaşa əlaqə saxlanılmadığını deyib: "Sadəcə bu haqda məlumat veriblər. Hələ pul köçürülməyib, inşallah pulu yükləyər. 13 min pul yığılıb, 35 min manat lazımdır”.
Qeyd edək ki, Tünzalə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir. O, müalicəsi üçün sosial şəbəkə vasitəsilə xalqdan dəstək istəyir.