Müğənni Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilov ilə barışıb.
Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova bu haqda “Həyat tərzi” verilişində məlumat verib:
“Özümə qapandım, 18 gün depressiya yaşadım. Hamıdan uzaqlaşdım, işə belə getmirdim. Gözəllik salonu açmışam. Bu müddət ərzində heç danışmadım, ailə söhbəti idi. Hər ailədə olduğu kimi bizim də ailəmizin içində böyük problemlər oldu. Düşünürəm ki, burada buna nöqtə qoymaq lazımdır. Hər gənc ailədə ilk aylarda bu problem olurmuş. Elə bilirdim, tək məndədir, gördüm ki, hər kəsdə belə imiş. Çox şükür ki, biz də o mərhələni keçdik, ayrı deyil, birlikdə.
Bir müddət bir-birimizə vaxt verdik. İki ay yarım, ayrı qaldıq. Ailəni qorumaq çətindir. Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandırdıq. Artıq münasibətimizdə barışıq gedir”.
Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın beşinci dəfə övlad sahibi olmasından danışıb: “Həmişə anama deyirəm ki, səninlə, mənim övladlarım bir yerdə böyüyəcəklər. Bunun axırı necə olacaq? Keçən dəfə deyirəm ki, ikimizdə hamiləlik dönəmində yan-yana durub fotosessiya elətdirərik. Deyir ki, yaxşı fikirdir. Anam uşaq sevəndi, hər il dünyaya bir uşaq gətirər”.