"Mən nəyə görə söz demirəm və susmaq hüququmu saxlayıram? Çünki sözü anlayana deməlisən. Əgər söz anlaşılamayacaq, eşidilməyəcək və duyulmayacaqsa, sözün gücdən düşür və haqsız vəziyyətdə qalırsan. Bu vəziyyəti gördüyüm halda susmağa üstünlük verirəm. İkincisi isə bəzən müəyyən aparıcılardan gənclərə aqressiv münasibət görürəm. Ola bilsin ki, aparıcı pisdir, bilmir, onu bizim kimi öyrədəni olmayıb".
Teleqraf.com xəbər verir ki, aparıcı Kamilə Babayeva MTV Azərbaycan televiziyasında aparıcıların səviyyəsindən danışarkən belə deyib: "Axı, bu aparıcı verilişi aparmağı bilmir. Onu öyrətmirlərsə, ona pis aparıcı deməyə haqqımız yoxdur. Mən ona nə verdim ki, nə alım. Ona heç nə vermədiyim halda nəsə deməyə haqqım yoxdur. Belə gözəl qəlbin var, efirində, cəmiyyətində gözəl aparcı görmək istəyirsənsə, məktəb aç, yaxud da zəng elə başa sal".