Əməkdar artist Elza Seyidcahanın avtomobili cərimə meydançasına aparılıb.
Elza Seyidcahan Teleqraf.com-a açıqlamasında 2 min manat dəyərində cəriməsi olduğunu deyib:
"Avtomobilimi cərimə meydançasına apardılar. Qanun hamımız üçün qanundur, sadəcə cəriməni vaxtında ödəməlisən. Evdən səhər çıxırıq, gecə gəlirik. Avtomobil ikinci evimiz kimidir. Məsələn, saat 3-də tədbirdən çıxıb, başqa tədbirə gedirsən, tıxaca düşürsən. Məcburən tədbirə gecikməmək üçün radara düşürsən. Avtomobilimin cəriməsini ödəməliyəm".