7 Dekabr 2022 13:53
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Best Model of Azerbaijan-2022” gözəllik müsabiqəsinin qalibi Liza Uzun haqqında yayılan iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, Liza Uzun aparıcı Elgiz Əkbərin: “Deyirlər ki, siz kiminsə qohumusunuz, çox zəngin bir ailədənsiniz. Təşkilatçılara sizi qalib etməsi üçün çoxlu pul xərcləmisiniz” sualına cavabda deyib: “Əslində, çox da zəngin bir ailədən gəlmirəm, amma qəlbimiz zəngindir. Haqqımdakı iddialara həqiqətən deyəcək bir sözüm yoxdur. Bilirsiniz ki, insanlar məğlub olanda əsəbləşirlər. Boyum isə 1.55 santimetr deyil”.

Qeyd edək ki, “Best Model of Azerbaijan-2022” iştirakçı modelləri Rufanə Kamilova və Nigar Süleymanlı boyu 1.55 sm olan Liza Uzunun birincilik əldə etməsini tənqid ediblər.

Onlar modelin yarışmasnın təşkilatçısı Elxan Paşayevin qalibiyyəti pulla satdığını iddia ediblər.


Müəllif: Rəqsanə Həsənova