9 Dekabr 2022 09:23
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-aktyor Şəhriyar Əbilov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Yaxın günlərdə baş rolunu canlandırdığınız “Evdə qalmışlar” filmini təqdim edəcəksiniz. Film haqda məlumat verə bilərsiniz?

- Bəli, filminin təqdimatı keçiriləcək. Bu, bütün evdə qalmışlara ərməğan olacaq. Zarafat edirəm... Filmin ideya və ssenari müəllifi Valeh Əhmədovdur. Baş rollarda Kəmalə Piriyeva və mən oynayıram. İnanırıq ki, tamaşaçılar üçün çox yaxşı və uğurlu bir film gəlir.

Çalışmışıq ki, insanlar filmə ailələri ilə gəlib, rahat baxa bilsinlər, sıxılmasınlar. Kinoteatrdan çıxandan sonra deməsinlər ki, bəs, demişdilər ki, uşaqlar da gəlib baxa bilərlər... Yəni, bu, ailə filmidir, biədəb söz yoxdur. Sağlam yumor və keyfiyyətli obrazlar var.

- Nə qədər qonorar almısız?..

- Əslində, bir illik müqavilə bağlamışıq. Qonorarım bir milyon dollar edib... (Gülür). Zarafat edirəm. Əlbəttə, məbləği açıqlamayacam.

- Oksana Rəsulova ilə “Sevgi romanı” adlı filmə çəkilmisiniz. Yenidən işbirliyiniz ola bilərmi?

- Bu haqda heç nə danışmaq istəmirəm.

- Şəxsi həyatınızda hər şey qaydasındadır?

- Şəxsi həyatımda da hər şey yaxşıdır. Tez- tez səfərlərə çıxıram. Həyatımda bir az rəngarənlik yaranır. Başım işə qarışıb. Layihələr hazırlayırıq, böyük televiziya layihəmiz olacaq. Verilişimiz Azərbaycan Dövlət Televiziyasında yayımlanacaq. Yəqin ki, çəkilişlərimiz yayda başlayacaq, sentyabrda efirə çıxacağıq.

Bu, Azərbaycan tarixində böyük bir layihə olacaq. Ona hazırlaşırıq. Eləcə bir az əvvəl dediyim kimi “Evdə qalmış” filmi təqdim olunacaq. Yeni il öncəsidir, tədbirlər, toy mərasimləri var. Maşallah, hər şey gözəldir. Allah qapı açanda açır...

- Ümumiyyətlə, xoşbətsiniz ?

- Osman kimi oğlum var, necə xoşbəxt olmaya bilərəm!? Əlbəttə, xoşbəxtəm. Allah hamıya o cür gözəl övlad qismət eləsin.

- Yenidən evlənməyi planlaşdırırsınız?

- Hər şey ola bilər. Hazırda həyatımda heç kim yoxdur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər