13 Dekabr 2022 12:55
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Hadisənin keçmiş həyat yoldaşı, iş adamı Mehmet Dinçerler ilk dəfə haqqında səslənən iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, Mehmet Dinçerler Hadisəyə aldığı 3 milyon lirə dəyərindəki nikah üzüyünün saxta olmasına münasibət bildirib.

"Üzük saxta deyil. Belə şey olarmı!? Münasibəti korlamaq üçün edilən hərəkətlər idi. Danışmağa ehtiyac görmədim, nə desəm də tərsinə yazılırdı. Nüfuzuma qarşı sui-qəsd idi. Xoşbəxt bir münasibətimiz varkən üzüyün qiymətinin müzakirə edilməsi düzgün deyildi".

Qeyd edək ki, Hadisə ilə Mehmet Dinçerler dörd ay evli olublar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər