Aparıcı-aktyor Sərxan Kərəmoğlu mərhum xalq artisti Amaliya Pənahova ilə bağlı etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Sərxan Kərəmoğlu Amaliya Pənahova ilə fotosunu paylaşaraq maraqlı fikirlər yazıb.
“Sənətin zirvəsini görən bacım... Teatr və kino günəşi olan Amaliya Pənəhova. Arada sənsiz çox darıxıram. "Amaliya xanıma bir zəng edim" dediyim günlər üçün çox darıxıram". Zəng edəndə özünəməxsus “alo” deyən Amaliya Pənahova üçün çox darıxıram. Aramızda saf, təmiz və maddiyatsız, səmimi, sənli, mənli bir dostluq var idi. Amaliya xanım bu şəkli çəkdirdiyimiz gün mənə xəstəliyi ilə bağlı məlumat vermişdi. Hələ ailəsinin bir çox üzvü onun xəstə olduğunu bilmirdi. Bu, bizim sirrimiz idi. Nə qədər dəyanətli və dözümlü biri idi, Allahım. Mən bu xanımdan çox şey öyrəndim. Həyatı və yaradıcılığı bir məktəb idi”.
Qeyd edək ki, Amaliya Pənahova 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.