Bəstəkar Oqtay Rəcəbov bu gün Yasamal qəbiristanlığında dəfn edilib.
Teleqraf.com xəbər verir ki, 81 yaşında dünyasını dəyişən bəstəkar "İlahiyyat" məscidindən son mənzilə yola salınıb.
Qeyd edək ki, Oqtay Rəcəbov ötən gün vəfat edib.
Onun qızı və həyat yoldaşı da koronavirusa yoluxub və karantindədirlər.