“Kılıçdaroğlunu yoldan keçən biri kimi görməzlikdən gəlirəm”
Tanınmış müğənni Hülya Avşar ona “yaltaqdan sənətçi olmaz” deyən CHP lideri Kamal Kılıçdaroğluna cavab verib.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu, Hülya Avşarın açdığı təzminat iddiasıyla əlaqədar jurnalistlərin sualına “Hülya Avşar kimdir? Sənətçidirmi? Yaltaqdan sənətçi olmaz”deyib.
Bu sözlərə Hülya Avşarın cavabı özünü çox gözlətməyib:
"Kılıçdaroğlunun ən böyük qüsuru azadlığa və demokratiyaya qarşı olmasıdır. Bir də onu daha alicənab biri sayırdım. Mən fikirlərimi, inandıqlarımı sərbəst söyləməyə davam edəcəyəm. Kılıçdaroğlunu da yoldan keçən biri kimi görməzlikdən gəlirəm. Düşüncələrini sərbəst şəkildə ifadə edən kəslərə hörmət edirəm, Kılıçdaroğluna da “öz fikridir” deyərək salam göndərirəm. 31 illik sənət həyatıma da heç bir şübhəm yoxdur. Kılıçdaroğlunun lider olmadığını bilirəm, siyasətçi olduğundan da əmin deyiləm".
Xatırladaq ki, CHP lideri prezident sarayıyla bağlı söylədiyi sözlərə görə onu məhkəməyə verəcəyini açıqlayan Hülya Avşara “Hülya Avşar kimdir? Sənətçidirmi? Yaltaqdan sənətçi olmaz. Sənətçi dik durar, gücün qarşısında əyilməz” deyə sərt cavab verib.
Ruslan Bakiroğlu