Hollivudun tanınmış aktrisalarından olan Cessika Çesteyn "InStyle" jurnalının yanvar nömrəsinin üz qabığında görünüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf Campaolo Squrenin müəllifi olduğu fotosessiyada kürən saçlı aktrisa eleqant qadın obrazında çıxış edib. Çəkilişdə əsasən, Vera Wang, Proenza Schouler və digər brendlərin geyimlərini öz üzərində sınayıb. Çesteyn müsahibəsində karyerası, Robin Uilyams barədə danışıb, habelə, həmkarları ilə görüşlərdən boyun qaçırdığını etiraf edib.
Teleqraf.com çəkilişdən olan fotoları təqdim edir :
Rüstəm