9 Yanvar 2023 15:48
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, sevilən müğənni Zakir Əliyev “Məhəbbət nəğməsi” adlı məşhur mahnısının klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, mahnının söz və musiqisi tanınmış şair Mətləb Ağayevin (Mətləb Ağa), aranjemanı Rəşad Hüseynovundur.

Klipin ideyası da mahnının müəllifi Mətləb Ağaya məxsusdur.

Klipin rejissoru “Aldanmış hisslər”, “Sükutun fəryadı”kimi məşhur teleseriallara, habelə, yeni ilin ilk günlərində qala gecəsi keçirilmiş “Toy tələsi” kinokomediyasına səhnə həyatı vermiş məşhur rejissor Faiq Nağıyevdir.

Klipdə əməkdar artist Zakir Əliyev özü və Gənc Tamaşaçılar Teatrının aktrisası Xəyalə Meydanova çəkiliblər.


Müəllif: Teleqraf.com