22 Yanvar 2023 00:27
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli gənc müğənni Zeynəb Bastık Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl onurğa sümüklərini sındıran Zeynəb Bastık səhhətindən danışıb: "Bir ay yarım evdə qaldım. İki onurğa sümüyümü sındırmışdım. Pilləkəndən düşmüşdüm. Bu hadisədən sonra ilk konsertim Bakıda oldu. Özümü çox yaxşı hiss edirəm. Rəqs edirəm, səhhətimdə problem yoxdur. Qonaqpərvərliyiniz üçün çox sağ olun. Konsertə gəldiyiniz üçün hamınıza təşəkkür edirəm".

İfaçı Polad Bülbüloğlunun "Gəl, ey səhər" mahnısını sevdiyini açıqlayıb:

"Azərbaycan mahnılarını çox sevirəm. Uşaqlıqdan Şəbnəm Fərahın mahnılarını dinləyirdim. O hər zaman Polad Bülbüloğlunun "Gəl, ey səhər" mahnısını oxuyurdu", - deyə Bastık vurğulayıb.




Müəllif: Rəqsanə Həsənova