23 Yanvar 2023 14:57
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Sevda Ələkbərzadə uzun fasilədən sonra ölkə xaricində geniş kütlə qarşısına çıxacaq.

Teleqraf.com xəbər verir ki, O, Türkiyənin caz musiqiçisi, saksafon ifaçısı Anıl Şallıellin dəvəti ilə fevralın 23-də İstanbulun məşhur konsert salonu “Grand Pera”da həmkarı ilə konsert verəcək.

Məlumata görə, iki qardaş ölkənin məşhur musiqiçiləri bir müddət öncə birlikdə “Excited” adlı albom hazırlayıblar. Elə sözügedən konsertdə də bu albomdakı bütün musiqilər canlı şəkildə ifa olunacaq.

“Düşünürəm ki, bu albom Türkiyənin nəinki ən maraqlı musiqi toplusudur, hətta onların da dediyi kimi indiyə qədər bu cür Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirən bir albom olmayıb”,- deyə Sevda Ələkbərzadə əlavə edib.


Müəllif: Teleqraf.com