30 Yanvar 2023 17:48
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oğlum Əlinin Tamerlan adlı bir oğlu var. Moskvada yaşayır. Onu görə bilmirəm, telefonla əlaqə saxlayıram".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva Xəzər televiziyasında deyib:

"Tamerlan axırıncı dəfə mənə bir sual verdi, "Ata hardadır?" O bu günə qədər atasının ölümünü bilmir. Onun sualı məni yenidən məhv elədi. Hətta bir-iki gün xəstəxanaya düşdüm. Bacım da yanımda idi. Əlbəttə, o, böyüyəcək, öz nənəsini də tapacaq. Atasının yatdığı torpağı da tanıyacaq. Ondan ötrü darıxsam da, gec-gec görsəm də o, mənim qanımdır".

Qeyd edək ki, Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.


Müəllif: Rəqsanə Həsənova