7 Fevral 2023 13:33
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Space" televiziyası reanimasiyada idi, beyin ölümü baş vermiş, süni tənəffüs aparatına qoşulmuşdu. Özüm də daxil, bütün televiziyaçılar reallığı bildiyimizdən bu kanalı xilas etmək üçün külli miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Amma Müşviq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü".

Teleqraf.com xəbər verir ki, bu sözləri tele-aparıcı Turan İbrahimov "Space" kanalının rəhbəri vəzifəsidən getmiş Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov haqqında sosial şəbəkədə yazıb:

"Televiziyada borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik-texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis-yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib elədi. Hazırda "Space" televiziyası minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdır".

Qeyd edək ki, "Space" televiziyasının baş ditektoru Müşfiq Hətəmovu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovin əvəz edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər