14 Fevral 2023 15:33
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nura Suri qeyd edib ki, insanda məntiq axtarmağın özünün məntiqsiz olduğunu qeyd edib.

"İnsan ağlına məəttəl qalmışam. Dağıtmağa, məhv etməyə beyin işlədə bilir, əksini etməyə ağıl işləmir. Bir dəfə status yazmışdım ki, insanlar dünyaya gələndə xəstəlikdən peyvənd olunduğu kimi, qəddarlıq və s. kimi lazımsız xüsusiyyətlərdən də peyvənd oluna bilərdi. Necə olur ki, Allahın işinə qarışıb uşağı olmayana süni şəkildə insan yarada bilir, amma qəddarlığın dərmanını, peyvəndini tapa bilmir? Ümumiyyətlə, insanda məntiq axtarmaq da məntiqsizdir. Məsələ təbiətdə yetişən gülə baxıb ləzzət ala bilmir, o gülə kimyəvi maddələr qatıb yetişdirir, dərir, satır, əziyyətlə pul qazanan da sevgisini göstərmək üçün onu alıb hədiyyə edir, hədiyyəni alan da şəklin çəkib İnstaqramda paylaşır. İki gün sonra təbiətin yaratdığı gözəllik zibilliyə gedir. Axı, burada məntiq görmürəm. Sevgi-elə həmin gözəlliyə sevgilinlə bir yerdə gedib baxmaq və həmin güllərin qayğısına qalmaqdır. Güllər təbiətdə gözəldir. Qışda ölüb, yazda dirilməsi möcüzədir", - sənətçi vurğulayıb.

Onun sözlərinə görə, insanlar möcüzələri məhv edib, sonra möcüzə axtarandır: "İnsanda məntiq görmürəm. Dinə inananlara da suallarım var. Bizi torpaqdan, sudan yaratmayıblar ki? Elə yazılıb axı. Torpaqdan yaranan torpağa dəyər, qiymət vermir axı. Versə, qayğısına qalar. Torpaqda yetişən hər bitkinin qayğısını çəkər, ağacları məhv edib daş-divar hörməz. Bir gün torpaq da, su da bezib insanları məhv edəcək. Nuhun gəmisi də gəlməyəcək, gəlsə də, insanı xilas etməyəcək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər