Əməkdar artist Cavanşir Məmmədov Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişində toy mərasimlərinin az olmasından şikayətlənib.
Teleqraf.com xəbər verir ki, Cavanşir Məmmədov bu sözləri deyib:
"Əvvələr hər gün toy mərasimlərində iştirak edirdim. İndi toylar çox azdır. Evlənənlər də azalıb. Burada gizli heç nə yoxdur. Müğənnilər də, toy alverçiləri, toy "makler"ləri də çoxdur. Görürsən ki, cavan uşaqlardır, deyir ki, filankəsi neynirsən, filan qrup dostumdur, onları dəvət edək. Bəzi qruplar toy mərasimlərinə 2500-3000-ə gedirlər. Həmin qrupu isə görəndə deyir ki, toy mərasiminə pul salmalıyam, mənə 300 manat verə bilərsən. Faiz məsləsi var. Mən də pul vermişəm, amma 300 manat yox, 100 manat. Çünki biz toya 15-16 nəfərlə 3000-3500 manata getmişik. Axı, o puldan 300-500 manat verə bilmərəm".