22 Mart 2023 19:38
3 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib, onun xanımı Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında avtomildə olan bacısının və xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb: "Oqtay Əliyev avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. Bacım yüngül xəsarət alıb. Hazırda Mehriban Zəkinin yanında xəstəxanadayam. Mehriban xanım Sumqayıtda Travmatologiya Xəstəxanasındadır. Həkim nəzarətindədir"

Qeyd edək ki, Oqtay Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. O, hadisə yerində ölüb. Avtomobildə xalq artisti Mehriban Zəki və həyat yoldaşı Dilarə Əliyeva olub.



Müəllif: Rəqsanə Həsənova