Müğənni Hiss ona paxıllıq edənlərdən şikayətlənib.
Teleqraf.com xəbər verir ki, Hiss İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Əgər bu dünyada çox uğurlu bir insan görürsünüzsə, deməli o, çox yaxşı insandır. Çünki daxili, niyyəti təmizdir ki, qarşılığını alır. Nə etsə də yerində sayan, bir şey edə bilməyən insan görürsünüzsə, deməli, göndərdiyi frekans səhvdir ki, ona eynisi qayıdır. Necə ki, hər şey karmadı. Başqası haqqında pis düşünsən özünə qayıdır, yaxşı düşünsən də özünə qayıdır. Yəni əslində heç kimə heç nə etmirsən, özündən başqa. Çünki sistem belə işləyir. Əgər uğurlu ola bilmirsinizsə bunu heç kimə bağlamayın. Düşüncələrinizi və niyyətinizi dəyişin ki, siz də uğurlu olasınız. Başqasına paxıllıq etməyi dayandırıb, özünüzə köklənin. Niyyətinizi dəyişin!”.