11 Aprel 2023 12:45
5 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Space" televiziyasında Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi "Space səhər" verilişində gərgin anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, əməkdar artist İlkin Əhmədovun canlı yayıma iki saat gec gəlməsi aparıcını özündən çıxarıb:

"İlkin Əhmədovu qonaq dəvət etmişik. Məsuliyyət sıfır... Səhər tezdən canlı efirə gəlirsən, biz səhər saat 6-dan burdayıq. İlkin, hardasan? Biz sənə hörmət etmişik, verilişin anonsu paylaşılıb. İnsanlar səni gözləyir. Vaxtında efirə gəlmək lazımdı. Gələ bilmirdinsə deyərdin ki, vaxtım yoxdur. Nə çox müğənni, nə çox ifaçı. Efirə çıxmaq üçün ürəkləri də gedir. Canla-başla gəlib burada əyləşəcəkdilər.

Hardasan? Bu qədər tıxacmı olur?! Bu hörmətsizlikdir və nə haqla bizə hörmətsizlik edirsən? O zaman bizdən də hörmətsizlik gör. Hansı haqla efirimizi boş qoymaq keyfindəsən?

10 dəqiqəyə veriliş bitir. Bizim efirimoz alt-üst oldu. Bu saatdan sonra İlkinin efirə gəlməsinə ehtiyac yoxdur".

Qeyd edək ki, İlkin Əhmədov verilişin bitməsinə 10 dəqiqə qalmış gəlib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər