Əməkdar artist İlkin Əhmədov aparıcı Rövşanə Ağasəfqızının haqqındakı qalmaqallı sözlərinə münasibət bildirib.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında verilişə iki saat gecikmədiyini deyib: "Efirə gələrkən "Dərnəgül yolu"nda tıxaca düşdüm. Məni verilişə dəvət edəndə dedilər ki, səhər saat 8-də studiyada olum. Cavab verdim ki, o saatda gələ bilmərəm. Sonra verilişin ikinci hissəsinə, saat 9-da qatılmağımı təklif etdilər. Mən isə 25 dəqiqə gecikərək saat 9:25-də kanalda oldum. Evdən saat 8-də çıxmışdım.
Kaş verilişə dəvəti qəbul etməzdim bu cür aparıcıya görə. Bilinir ki, olayı, qalmaqalı, qeybəti sevən bir aparıcıdır. Mənimlə də qalmaqal yaratmaq istədi, amma ona imkan vermərəm. Sənətim, işim-gücüm var. Yəqin özünə reklam qazanır. Xanımdır, aparıcı kişi olsaydı haqqımdakı sözlərinə görə hüquq-mühafizə orqanlarına müraciət edərdim.
Verilişə getdim, dedi ki, gərək yoxdur. Ona bu hüququ kim verib? Tamaşaçıya hömtəsizlik edir. Xanım olduğuna görə onunla intriqa aparmaram. Əstəğfürullah, haqqımda deyib ki, guya dövlətə və xalqıma hörmətsizlik etmişəm. Bu sözlərinə görə üzr istəsin və yaxud səhvini düzəltsin. Yoxsa sözlərinə görə üzərinə sonuna qədər gedərəm".
Qeyd edək ki, Rövşanə Ağasəfqızı ifaçının efirə 2 saat gecikdiyini bildirib, onun verilişin bitməsinə 10 dəqiqə qalanda gəldiyini deyib. Aparıcı İlkin Əhmədovu canlı yayıma buraxmayıb.