Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Serenay Sarıkaya Yutubda yayımlanan "Bu gecə" verilişində sənətinə son verəcək qədər sevdiyini etiraf edib:
"Hər şeyi atıb, sənətdən getdiyim bir dövr oldu. İşləmədən dayana bilmirəm, işimi çox sevirəm. Amma çox populyar olduğum anda "İndi yanıma gəl, dünyanın bu hissəsində yaşayaq desə gedərdim”.
Aktrisanın bu sözləri keçmiş sevgilisi Kerem Bürsinlə münasibətini xatırladıb.