2 Yanvar 2015 23:57
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Sərdar Ortac yaxın dostu Ebru Gündeşi çətin günlərində axtarmadığı üçün peşman olduğunu söyləyib.

Teleqraf.com “Hurriyet”ə istinadən xəbər verir ki, ifaçı qatıldığı "Söyləməsəm olmaz" verilişində maraqlı açıqlamalar verib:

"Ebruyla heç vaxt küsülü olmadıq. Mənim çox böyük səhvim var. 1997-ci ildə Mamak həbsxanasında yatdığım vaxtda məni ilk ziyarət edən adam o idi. Ən pis vaxtlarımda həmişə yanımda olub. Ötən il Ebrunun başına pis hadisələr gələndə isə mən heç "keçmiş olsun" da demədim. Ebrunun qəlbini qırdım və nə desə, haqlıdır. O, həmişə yanımda oldu, mən olmadım. Kaş ki, evinə gedib "keçmiş olsun" desəydim. Üz-üzə görüşsəydim. Kloe (həyat yoldaşı) da "mütləq get, o sənin dostundur" dedi. Amma gündəm çox qarışıq idi, bəlkə də görüşməyə qorxurdum".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər