4 Yanvar 2015 22:23
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Anton Çexovun əsərlərinin motivləri əsasında filmin çəkilişləri başlayıb.

Teleqraf.com xəbər verir ki, film bir neçə novelladan ibarət olacaq. Novellaların birində Fransa kinosunun əfsanələri Pyer Rişar və Jerar Depardye birgə çəkiliblər. Onlar Anton Pavloviç Çexovun "Aqafya" hekayəsinin əsasında ekranlaşdırılan novellada rol alıblar. Filmdə Jerar Depardye qadınlar arasında populyar olan işsiz kəndli Savka rolunu, Pyer Rişar isə onun dostunu canlandırıb.

Qeyd edək ki, məşhur aktyorların birgə çıxış etdikləri son film 28 il bundan əvvəl ekranlara çıxan "Qaçaqlar" filmidir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər