Məşhur repçinin konserti təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, rusiyalı rep ve estrada ifaçısı Morqensternin (Alişer Tahiroviç Morqenştern) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı konsertin təşkilaçıları ilə danışıb.
Təşkilatçı konsertin ümumiyyətlə baş tutmayacağını açıqlayıb:
“Bəli, konsertə sayılı günlər qalmışdı. Texniki səbəblərə görə, ləğv edildi. Başqa səbəb yoxdur. Konsert digər bir vaxta da keçirilməyib. Ümumiyyətlə repçinin konserti olmayacaq”.