"Hamı elə bilir ki, keyfimdən "Leyli və Məcnun" operasında oynamıram. 2017-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında oynamaq istədim, hazırlaşdıq. Səudiyyə Ərəbistanı ilə belə əlaqə yaratdım. Amma pandemiya oldu".
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva ATV kanalında deyib.
O, "Leyli və Məcnun" operasında dekorasiyanın dəyişməsini təklif edib:
"Dedim ki, dekorasiyaları dəyişmək istəyirəm. Mən bu xərclərimi öz cibimdən edəcəm. Bu dekorasiyanı istəmirəm, çünki hamı oynadı. Geyim dəyişməlidir. Bir az əvvəl dediyim kimi pandemiya oldu və planlarımız qaldı. Rejissor Hafiz Qiliyevlə də bu haqda söhbətlərimiz olub, amma yarımçıq qalıb. Söz verirəm ki, bir Elnarə Leylisi oynayacam. Amma çox gec olmadan...Yaş da gedir".