Xəbər verdiyimiz kimi, "Miss Azerbaijan- 2017" müsabiqəsinin qalibi, aparıcı Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə adlı şəxs tərəfindən şiddətə məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, modelin şikayətçi olduğu şəxs müəyyən edilib:
"Məsələdən məlumatlıyıq. Artıq əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Hazırda məsələ ilə bağlı araşdırılma aparılır. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".