6 Yanvar 2015 14:07
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun məşhur aktrisası Merilin Monronun ölümündən 50 ildən çox vaxt ötməsinə baxmayaraq, o hələ də bütün dövrlərindən ən məşhur seks-simvolu olaraq qalır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Max Factor kosmetika markası əfsanəvi aktrisa Merilin Monronu şirkətin siması və "qlamur səfiri" elan edib. Uzun illər Max Factor vizajistləri ilə çalışan Monronun şərəfinə brend hətta yeni kolleksiya da yaradıb. Şirkət rəsmiləri yenilik barədə danışarkən bunları deyiblər:

"Qırmızı dodaq boyası, hamar və parlaq dəri, gözlərdən kənara çıxan xətlər - Merilinin əsas stilini xarakterizə edir. Bu kolleksiyada da biz onun obrazından ilhamlanmışıq".

Qeyd edək ki, 2013-cü ildə aktrisanın görüntülərindən Chanel No.5 ətirinin reklam çarxlarında istifadə olunmuşdu.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər