13 İyun 2023 23:04
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan məkanların birində doğum gününə bir gün qalmış "14/41" adlı yeni albomunun təqdimatını keçirib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan 14 mahnıdan ibarət albomunun və albomda yer alan iki nəğməyə çəkilən klipin təqdimatından danışıb.

Xalq artisti ad günü ilə bağlı təəssüratlarını da bölüşüb: "Bir vərəqim var və orada Mayamidən ev aldığım üçün Allaha təşəkkür etdim. Oğlum Amerikada təhsil alacaq, ona yaxın olmaq üçün bu addımı atdım. Bakıdan köçməyi düşünmürəm. Yeganə adamam ki, hər ölkədə evim olmasına can atıram, amma oraya ancaq istirahətə gedə bilərəm. Burada fəxri ad almışam, tanınmışam. Dövlətin xalq artistiyəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər