16 İyun 2023 16:09
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşan tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev kassasiya şikayəti verib.

Bu haqda Teleqraf.com-a açıqlamasında aktyorun vəkili Səlahəddin Cəfərov məlumat verib: “Bir həftə əvvəl Ali Məhkəməyə müraciət etmişik. Hələ ki prosesin vaxtı təyin olunmayıb”.

Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona həbs cəzası verməyib. Zərərçəkmiş şəxs hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220-saylı məktəb-liseydə baş verib.

Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib.

Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər