3 İyul 2023 13:42
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi televiziya proqramlarına çıxmamasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Natavan Həbibi sosial media hesabında televiziya proqramlarına irad bildirən şəbəkə izləyicisinin "Televiziyalara çıxın, övladım sizi deyil, Şəbnəm Tovuzlunu, Vəfa Şərifovanı tanıyır, mən bunu istəmirəm" iradına
"O seçilmiş verilişin adını deyin gedək. Övladınız da məni tanısın, dinləsin. Əslində, hərdən bir mahnı oxuyub, hərdən klip çəkirik. Yoxsa o da olmazdı. Məni uşaqlara göstərin, "qara siyahı"ya atmayın. Bir bilsəniz ki, işin, vəziyyətin əsl səbəbi nədir!", - deyə cavab verib.

İfaçı "Gözəl səsiniz var. Tənbəl olmasa, Röya kimdir onun yanında" şərhinə isə "Əgər bu tənbəllik olsaydı... İnanıram ki, bir gün gerçəkləri biləndə məni başa düşəcəksiniz. Heç nə belə asan deyil", - deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər