1 Avqust 2023 14:25
4 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadə sosial media hesabında bu sözləri yazıb: “Çox insanı həyatımdan sildim, heç peşman da deyiləm. Çünki bəziləri həyatıma sevgidən çox müdaxilə edirdi. Özəl statuslarımı gözləyənlər çoxdur. Sizə yenə sevgilərimlə gəldim. Nəzərinizə çatdırım ki, bu yazılanlar hər zaman mənim özümə aid deyil, hərdən olur, amma həmişə yox. Yəni sevgidən, ayrılıqdan, dostluqdan, xəyanətdən, nifrətdən, hirsdən, kindən doğan hissləri bütün insanlar yaşayır və mən də çoxlarının düşünüb yaza bilmədiyini yazıram. Bəyənənlər istifadə edə bilər, amma müəllif haqqını qorumaq şərtilə”.

Qeyd edək ki, Vüsalə Əlizadə ATV-də yayımlanan “7 canlı” axşam şousunun aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova