"Məşhurlara, ələxsus da müğənnilərə qarşı aqressiyanın kökü paxıllıq və qorxudur. Evdə ərinə, işdə müdirinə, hakimiyyətə deyə bilmədiyini məşhurlara deyir. Arzulayıb əldə etmədiyini məşhurlarda görəndə özünü arzusu əlindən alınmış kimi zənn edir. Müğənni sənə nə pislik edib, ay zavallı?"
Teleqraf.com xəbər verir ki, bu fikirləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.
O daha sonra əlavə edib:
"Müğənni bir mahnını almaq üçün nə qədər pul ödəyir, aranjiman etdirir, klip çəkdirir, geyinib-keçinir. Hansı biriniz gəlib qapısını döyüb mahnılarını sevdiyiniz bir müğənniyə maddi dəstək olmusuz ki, indi də "sizi xalq bu səviyyəyə gətirib" deyirsiz?
Müğənni millət vəkilidir? Səs verib seçmisiniz? Bu qədər şadlıq sarayları, restoranlar və sair müğənnilərindir? Hansısa məmur sizin haqqınızı yeyir, susursuz, amma məşhurlar - öz əziyyəti, zəhməti ilə sizin şənliklərdə sizə xoş əhval-ruhiyyə bəxş edir - söyüb batırırsınız.
Kimə maddi köməklik lazım olur müğənnilər, blogerlər yardım edir ilk növbədə. Hələ görmədim ki, o verilişlərin birində hansısa məmur kiməsə yardım etsin".