Bloger Leyla Mirzəliyevanın plastik və estetik əməliyyatlarına görə bədənində çürümə başlayıb.
Teleqraf.com xəbər verir ki, Leyla Mirzəliyeva bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib.
O, əməliyyat masasından görüntü paylaşaraq "Bu gün yüngül əməliyyat keçirəcəm, ağır əməliyyata hazırlıq olacaq. Məndən dualarınızı əsirgəməyin",-deyə vurğulayıb.
Qeyd edək ki, bloger bir müddət əvvəl "Bədənimdən gelin çıxarılması çürümə verdi. 8 ay içində 9 dəfə əməliyyat oldum",-deyə açıqlama vermişdi.