Stilist Anar Ağakişiyev sentyabrın 23-də Ermənistanda konsert verəcək amerikalı reper Snoop Doggun Azərbaycana qarşı təxribata əl atmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev İnstaqramda şərh bölümündə ad çəkmədən illər öncə Snoop Doggla duet oxuyan xalq artisti Aygün Kazımovanın ünvanına bu sözləri yazıb: "Onu artıq onunla 1 milyon dollar verən xalq artisti düşünsün. Ona toz qondurmurdu. Biz xaricdə qazanıb, vətənə gətiririk. O isə vətəndən, boğazından kəsib aparıb belələrinə yedizdirir. Danışanda da məni bəyənmir. Xalqın gözü tərəzidir".
Qeyd edək ki, Aygün Kazımova reper Snoop Dogg ilə "Coffee from Colombia" duetini ifa edib.