Uzun illər çalışdığı Azad Azərbaycan telekanalı ilə yollarını ayıran aparıcı Vüsalə Əlizadə bu mövsüm Xəzər Televiziyasında efirə çıxacaq.
Teleqraf.com xəbər verir ki, Əlizadə bu barədə sosial şəbəkədə məlumat verib.
"Yeni ayın ilk gününə yeni uğurumla başlamaq istədim. Bəli, bu mənim böyük sevgi, həvəs, bol enerji ilə, hərtərəfli düşünüb verdiyim qərardır! Həyatımda yeni səhifə, yeni yol, yeni başlanğıc, yeni hekayələr! Sınaqlar, öz gücündən əmin olmaq, yeniliklər çox gözəldir və bunun ən gözəl tərəfi həyəcandır ki, çox həyəcanlıyam…
Böyük bir etimadı doğrultmaqdır ki, inadlıyam…Qorxulardır ki, qorxmuram, çünki, heç kimə rəqib gözüylə baxmıram, həyatı, insanları sevirəm, fikirlərim aydın, düşüncələrim gözəl, ürəyim rahatdır, siz də rahat olun ki, uğur arxanızca dizin-dizin sürünsü. Allah açan qapını ,verən qisməti, yazan yazanı bir bəni-adəm dəyişdirə bilməz. Bu dünyada hər kəs öz cığırında yürüyür, mən də yeni cığırıma yol çəkənləri seçdim. Yolumuz uzun və incə olacaq, amma asan olmayacaq, bilirsiz axı, mən sizin güclü qızınızam. Çətinliklərdən, acılardan, olmazlardan yoğrulub MƏN olmuşam və bu 20 ildə ən çox sizdən əmin oldum, çünki məni heç vaxt, əsla tək qoymadınız…4 aylıq fasilədən sonra, yenə əminliklə, sizə böyük güvənlə, qara qutudan evinizə qonaq gələcəyəm, bu dəfə səhər görüşəcəyik.
Bu yolda mənə uzanan ən güvənli, ən peşəkar, ən kreativ əli tutduğum üçün çox xoşbəxtəm! Və bircə kəlmə bunu deyəcəyəm, nə yaxşı ki, SİZ - Murad Dadaşov. Çox təşəkkür edirəm, Sizə və rəhbərlik etdiyiniz böyük XƏZƏR ailəsinə.
Əziyyətimi çəkən hər kəs haqqınızı halal edin, hələ yolun əvvəlindəyik, hələ çox işlərimiz olacaq, amma hər işdə, hər yolda halallıq və SEVGİ ƏSASDIR".