6 Oktyabr 2023 15:52
3 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova ad çəkmədən həmkarına söz atıb:

"Həqiqətən də kiminin əvvəli, kiminin axırı. Birinin iki ali təhsili var, biri də heç orta məktəbi düz-əməlli bitirə bilməyib. Birinin göstərə biləcəyi sənət o qədər zəngindir ki, onun özünütəsdiqə ümumiyyətlə ehtiyacı yoxdur. Biri də əməliyyat olunmuş saxta "paxlava"larını göstərib, o qədər rişxənd edir ki, gəl görəsən. Çünki daxili boş olanlar hər zaman zahirən süslənməyə ehtiyac duyacaq. Başqa göstərə biləcəyi heç nəyi yoxdur. Əksinə, daxili zəngin olanların göstərmək istədiyi yalnız sənətdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər