7 Oktyabr 2023 14:37
2 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samirə Əfəndi ailə üzvləri ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətə düşüb.

Teleqraf.com xəbər verir ki, ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.

"Beş min raket... Hava limanı bağlanıb, Tel-Əviv partlayır. Partlayış və həyəcan səsləri qorxudur. Bizə otelin sığınacağına düşməyimizi deyirlər. Ümid edirik ki, hər şey keçəcək. Allah, insanları qoru", - deyə Samirə Əfəndi İnstaqramda hekayə bölümündə bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər